Sədərək rayonunda 3 məktəbli minaya düşüb? – İDDİA + FOTO


Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 3 məktəblinin minaya düşdüyü iddia edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə uşaqların yaxınları məlumat veriblər. Uşaqlardan birinin partlayışdan xəsarət almadığı, digər ikisinin isə vəziyyətinin ağır olduğu iddia edilir.
İddialarla bağlı Naxçıvan mətbuatında hər hansı bir məlumata rast gəlmədik.
Müdafiə Nazirliyindən məsələni araşdırıb Yeniavaz.com-a məlumat verəcəklərini bildirsələr də, sonradan zənglərimiz cavabsız qaldı.
Minaya düşdüyü iddia edilən uşaqların sosial şəbəkələrdə yayılan fotolarını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top