Keçmiş icra başçısının qohumu qəza törətdi, 3 nəfər öldü - YENİLƏNİB

Şabran rayonunda baş verən yol qəzasında ağır yaralanan Cəlal Azad oğlu Babayev də ölüb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, o, H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.


***         10 aprel    23:22
Bu gün axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Hacıqaraqaşlı kəndində qeydə alınıb.

"Kia Cerato" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dünyasını dəyişənlər Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğludur. Xəsarət alan şəxslər isə Zəkiyev İsmayıl Rövşən oğlu, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğludur.

Xəsarət alan şəxslərin müalicəsi Şabran MRX-də davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.//APA

DİGƏR XƏBƏRLƏR

Top