Maqsud Mahmudov Ukraynada saxlanıldı - FOTO


Azərbaycanda barəsində dələduzluq ittihamı ilə beynəlxalq axtarış verilən iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb.

Yeniavaz.com "ukrinform.ru"ya istinadən xəbər verir ki, noyabr ayından etibarən Kiyevdə gizlənən 51 yaşlı M.Mahmudov şəhərdə yalnız taksi vasitəsilə hərəkət edib və tez-tez telefon nömrələrini dəyişib.

O, Qolosoyeevski rayonunda kirayə qaldığı evdə saxlanılıb. M. Mahmudov Ukraynada siyasi sığınacaq almağa çalışıb.

Ukrayna təhlükəsizlik orqanlarının açıqlamasına görə, hazırda Maqsud Mahmudovun Azərbaycana ekstradisiyası proseduru gedir.


DİGƏR XƏBƏRLƏR

Top