Ermənistanda koronavirus nəzarətdən çıxdı - Fövqəladə vəziyyətin vaxtı uzadıldı


Koronavirusla mübarizə məqsədilə 16 mart - 14 aprel  tarixlərində Ermənistanda tətbiq olunan fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı ölkənin aparıcı nəşrlərindən olan "Hraparak" qəzeti yayıb. Bildirilir ki, fövqəladə vəziyyət rejimi 14 aprel 2020-ci il saat 17: 00-dan 14 may 2020-ci il tarixinədək davam edəcək.
Ermənistanın Səhiyyə naziri Arsen Torosyan isə Parlamentdəki dinləmələrdə  deyib ki, ölkədə koronavirusun yayılması nəzarətdən çıxıb. Nazir qeyd edib ki, biz əvvəllər bir mənbədən 50 fakt qeydə alırdıqsa, indi çoxsaylı mənbələrdən 20-30 fakt aşkarlayırıq. 
Arsen Torosyan əlavə etdi ki, bu fakt həkimlərin hərəkətlərinə təsir etməyib və onlar yenə də testlər aparır, virusa yoluxan insanların dairəsini müəyyənləşdirir və əlaqədə olan insanları təcrid edirlər.

DİGƏR XƏBƏRLƏR

Top