Telefonu koronavirusdan necə qorumaq olar? - VACİB MƏLUMATLAR


Smartfonların üzərində hər zaman çoxlu bakteriya olur və onların arasında koronavirus da ola bilər. "Kaspersky" şirkəti smartfonları nə ilə və necə düzgün dezinfeksiya etmək barədə maraqlı məlumatlar paylaşıb.
Yeniavaz.com
həmin məlumatları təqdim edir:
Cihazı COVID-19 koronavirusundan necə qorumaq olar?
Smartfonu spirt və ya xlorheksidin (antiseptik və bakterisid maddə) ilə silməyə dəyərmi?
İlk olaraq, unutmayaq ki, koronavirusun otaq temperaturu şəraitində metal, şüşə, keramika və plastik materiallar üzərində öz yoluxma gücünü saxlayaraq yaşama müddəti bir neçə gün təşkil edir. Virus telefona iki yolla keçə bilər – yoluxmuş insanın öskürəyindən ayrılan kiçik damcılarla və ya əvvəllər qapı tutacaqları, lift düymələri və digər səthlərə toxundurduğunuz əllərinizlə. Telefonu mütəmadi olaraq, hətta hər evə qayıtdığımızda dezinfeksiya etmək lazımdır.
Məişətdə daha geniş yayılmış məhsullardan etil spiti (C2H5OH) və izopropil spirti (C3H7OH), həmçinin perekis (H2O2) və hipoklorit (NaClO) koronavirusla mübarizə üçün daha effektivdir. 
Kimyəvi dezinfeksiya sizə uyğun deyilsə, başqa seçimlər də var. Məsələn, ultrabənövşəyi dezinfeksiya aparatları və ya telefonu hermetik polietilen torbaya qoymaq və hər dəfə çölə çıxdıqdan sonra həmin paketi atmaq.
Ən radikal üsul, telefonu ictimai yerlərdə mümkün qədər az istifadə etməyə çalışmaqdır. Bu, eyni zamanda rəqəmsal-detoksa kömək edir və ümumiyyətlə zərərli deyil.
Əlbəttə ki, evdən çöldə sizinlə birgə gəzişən digər cihaz və əşyalar - planşetlər, noutbuklar, ağıllı saatlar və ya bilərziklər, qulaqcıqları da unutmaq olmaz.
Smartfonunuzu silməzdən əvvəl istifadə edəcəyiniz məhsulun tərkibini araşdırın.
Etil spirti və ya perekisin istifadəsindən çəkinin, onlar ekranın oleofobik (barmaq izi saxlamayan xüsusi örtük) örtüyunə zərər verə bilər.
İzopropil spirti smartfonunuzu silmək üçün ən uyğun maddədir.
Optimal konsentrasiyası 70-80% -dir.
Hər dəfə çöldən qayıtdıqdan sonra smartfonunuzu silmək tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top