“OPEC+” ölkələrinin qərarı neftin qiymətinə necə təsir etdi? – SON RƏQƏMLƏR


Dünən “OPEC+” ölkələrinin  may-iyun aylarında neftin hasilat səviyyəsini  23% azaldıması barədə əldə etdikləri razılaşma neftin qiymətini yüksəltmədi.
Yeniavaz.com xəbər verir ki, dünən baş tutan iclasdan sonra OPEC+” ölkələri may-iyun aylarında neft hasilatının gündəlik 10 milyon barel azaldılması barədə razılşma əldə ediblər. 
Razılaşmaya görə, bu ilin may-iyun aylarında neft hasilatı gündəlik 10 milyon barel, ilin sonuna qədər isə gündəlik 8 milyon barel azaldılmalıdır.  
Azərbaycan da qəbul edilən yeni “OPEK+” razılaşması çərçivəsində bu ilin may-iyun aylarında neft hasilatını 164 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Belə ki, gündəlik neft hasilatı 718 min barel olan Azərbaycanda qeyd olunan dövürdə gündəlik hasilatı 554 min barel həcmində saxlanılacaq.
Maraqlıdır ki, əldə olunan razılaşmaya baxmayaraq bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri bu gün 4,1% ucuzlaşaraq hazırda 1 barelə görə 31,5 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 9,3% ucuzlaşaraq hazırda 1 barelə görə 22,7 dollar olub.
Brent və WTI markalarından fərqli olaraq Azərbaycanın “Azeri Light” markalı neftinin bir barrelinin qiyməti bu gün 2,04 dollar artaraq 25,31 dollar təşkil edib.
Qeyd edək ki, aprel ayının 2-də “Azeri Light" markalı neft tarixi ərzində ən aşağı səviyyəyə düşərək 1 bareli 16,54 dollara satılıb. 
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top