İki maşın toqquşdu: velosipediçi öldü


Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yeniavaz.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə aprelin 9-da saat 13 radələrində Mingəçevir şəhəri ərazisində baş verib. Şəhər sakini R.Səfərovun idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini H.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Zərbədən H.Hüseynov idarəetməni itirərək yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Elman Abdulovu vurub. Nəticədə E.Abdulov və R.Səfərov xəstəxanaya yerləşdiriliblər, velosipedçi orada ölüb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top