"Aprelin sonunda tunelin ucunda işıq görürəm" - Araşdırmaçı həkim


Çinin Uhan şəhərindən dünyaya yayılan koronavirus Avropa və Amerikda daha sürətlə yayılır.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, virusa yoluxanların sayında 1-ci, ölənlərin sayında isə ikinci olan ABŞ-da hər ötən gün vəziyyət daha da ağırlaşır. Son açıqlanan statistikaya görə, koronavirusa 460 mindən çox insan yoluxub. Ölənlərin sayı isə 16 500 nəfəri ötüb. Virusla mübarizədə ən çox adı çəkilən həkim Antoni Fauci isə yeni açıqlamaları ilə gündəmə gəlib. Faucinin "Wall Street Journal"da yayımlanan məqaləsində "aprel ayının axırlarında tunelin ucunda işıq görürəm" ifadəsinə yer alıb. Məqalədə həmçinin qeyd olunur ki, virus qurtarsa belə bəzi vərdişlərimizdən əl çəkməli olacağıq:
"Bundan sonra bir daha əl ilə görüşməyə bilərik. Bununla da koronavirusdan başqa, digər yolxucu xəstəliklərin də yayılmasının qarşısını almış olarıq".
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top