Bu gün Azərbaycanda 3656 nəfər koronavirus testi olunub


Bu gün Azərbaycanda koronavirusla bağlı 3656 test aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Onlardan 104-nün nəticəsi pozitiv çıxıb.

İndiyədək isə 56 667 test aparılıb.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 926 yoluxma, 9 ölüm faktı qeydə alınıb. Ümumi sağalan xəstələrin sayı 101 nəfərdir. Hazırda aktiv virus xəstələrinin sayı 816-dır, onlardan 5-i reanimasiyadadır. Süni tənəffüs cihazında olan xəstə sayı 3-dür.

DİGƏR XƏBƏRLƏR

Top