“Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24 kanalına açıqlama verib.
Səfir həmin şəxslərdən ikisinin artıq evə buraxıldığını bildirib: “Çünki onların vəziyyətləri tam qənaətbəxşdir. Bir nəfər isə hələ ki xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.