Yaşlı adama 3 çörəyin verilməsi videosu ilə bağlı deputatdan AÇIQLAMA - VİDEO


Sosial şəbəkələrdə Ana Vətən Partiyasının Bərdə rayon təşkilatı adından yaşlı insanlara çörək paylanılması barədə yayılan video birmənalı qarşılanmayıb. Partiyanın rayon təşkilat sədrinin bu təşəbbüsü tənqid edilib. Bildirilir ki, partiya təmsilçisinin 3 çörəyə görə yaşlı adamla bu cür davranışı etik deyil.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən partiyanın sədri, deputat Fəzail Ağamalı rayon təşkilat sədrinin belə addımından xəbərsiz olduğunu diqqətə çatdırıb: “Bu, həmin şəxsin öz təşəbbüsüdür. Niyyəti də o olub ki, yaşlı insanlar çölə çıxıb çörək almasın. Çünki onların çörəyə ehtiyacı var. İndi bu təşəbbüsə hərə bir cür don geyindirir. Hər halda niyyət 65 yaşdan yuxarı insanların evdə qalmasına çağırışdır. Sonradan gördüm ki, o video sosial şəbəkələrə qoyulub. Arzulamazdım ki, video sosial şəbəkələrə qoyulsun. Heç onu çəkməyə də ehtiyac yox idi”.

DİGƏR XƏBƏRLƏR

Top