Ağstafa sakini: "Qoruq direktoru deyir ki, hər baş maldan 10 manat alıb, ildə 30 min nazirliyə verməliyəm" - VİDEO


"Ağstafa rayon Qarayazı Dövlət Təbiət Qoruğunun direktoru Sahib Abdulkərimli mənə deyir ki, mən hər baş maldan 10 manat alaraq ildə 30 min manat Ekologiya nazirlinə verməliyəm".
Bu sözləri Yeniavaz.com-a şikayətində rayonda toxumçuluqla məşğul olan sahibkar Adil Nəsibov deyib. O bildirib ki, rayonda toxumçuluğu inkişaf etdirmək üçün səpin aparıb, ancaq meşədən çıxan mal-qara onun əkin sahəsini məhv edir:
"Kənd Təsərrüfatı nazirliyi nəzdində toxumçuyam, toxum səpmişəm. Əkin sahəm meşəyə yaxın olduğu üçün meşədən çıxan minlərlə mal-heyvan mənə ziyanlıq verir. Bir neçə dəfə Qarayazı Dövlət Təbiət Qoruğunun direktoru Sahib müəllimin yanında olmuşam, Sahib müəllim mənə deyir ki, mən hər maldan 10 manat alıb, ildə 30 min manat Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verməliyəm, yoxsa məni işdən çıxararlar. 30 min manatı cibimdən verməli deyiləm ki!". 
Adil Nəsibov qeyd edib ki, rayonda elə bir idarə yoxdur ki, orda olmasın ancaq kömək edən yoxdur:
"Rayonda müraciət etmədiyim idarə yoxdur ötür-ötür oynayırlar, mən xahiş edirəm cənab Prezidetimizdən bizə kömək etsin, mənim 50 hektar taxıl sahəm məhv olub gedir".
Sahibkar Adil Nəsibovun şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Yeniavaz.com-a bildiridi ki, məsələ araşdırılıb, elə bir hal olmadığı müəyyən olunub:
"Bizim yerli reional idarənin əməkdaşları gedib Adil Nəsibov ilə görüşüblər. Şikayətçi bizim əməkdaşlara bildirib ki, ona yalnış məlumat veriblər və səsləndirdiyi ittihamlarla bağlı səhv etdiyini boynuna alıb".

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top