Minik maşını “KamAZ”la toqquşdu - velosipedçi öldü


Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, “KamAZ” markalı yük maşını başqa bir avtomobillə toqquşub. Həmin avtomobil isə velosipedə çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü Səfərov Rövşən Fəxrəddin oğlu və velosipedçi - 1990-cı təvəllüdlü Abdullayev Elman Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Elman Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top