Koronavirus xəstələrinə baxan həkim danışdı: “Monitordakı 42, 48, 55, 61 rəqəmləri o deməkdir ki…”


Londondakı xəstəxanalardan birinin reanimasiya şöbəsində köməkçi həkim vəzifəsini icra edən Şan Sahota, koronavirusla mübarizəsindən bəhs edən məktub yazıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu məktubu “Guardin”-a ünvanlayıb. O məktubda, “koronavirus ərazisi” olaraq ayrılmış şöbəni, “xəstələrin tam səssiz yatdığı, səhiyyə işçilərinin isə var gücləri ilə çalışdığı” bir yer kimi təsvir edib. O bildirib ki, koronavirus xəstələrinin artması ilə, cərrahiyə bölməsində köməkçi həkim vəzifəsi alıb və qısa təlimin ardından reanimasiya şöbəsinə göndərilib: “Koronavirus ərazisinə girmək üçün qat-qat qoruyucu paltarlar geyinirəm və şüuru yerində olmayanlarla dolu palataya girirəm. Heç kimdən səs çıxmır. Sadəcə göstəricilərin olduğu monitordan gələn siqnal səsi və xətələrə təzyiqlə verilən oksigenin ahəngdar səsi eşidilir. 12 saat müddətində 2-3 xəstəyə baxıram. Əsasən fiziki iş görürəm. Monitordakı rəqəmlər 42, 48, 55, 61 kimi artan templə dəyişirsə, bu xəstənin nəfəs almağının çətinləşməsi deməkdir. Belə hallarda xəstə mənim nəzarətimlə yatırılır və funksiyasını dayandırmış orqanlarına görə aparatlara qoşulur”.
Şan Sahota bildirib ki, ağır koronavirus xəstələrinin gözlərinin qurumaması üçün gecə boyunca gözlərinə maye damcısı tökür: “Göstərdiyim xidmətlə onu deməyə çalışıram ki, əlimizdə olan hər şey sizing üçündür. Həyatınız bizim üçün vacibdir”.

DİGƏR XƏBƏRLƏR

Top