Qərbi Afrika ölkəsi olan Nigeriyada koronavirus pandemiyası ilə əlaqədar olaraq vətəndaşların elektrik borcları 2 aylıq dövlət tərəfindən ödəniləcək.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin elektrik şatış idarəsi direktoru Oduntan məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, hökumət əhalinin 2 aylıq elektirik borcları dövlət tərəfindən qarşılayacaq. O qeyd edib ki, bu qərar belə çətin gündə vətəndaşın xərclərinin azaldılmasına hesablanıb.
Qeyd edək ki, Nigeriyada koronavirusa yoluxanların sayı 276, ölənlərin sayı isə 6 nəfərdir.
İlkin Uğur