Fransalı elm adamından xəbərdarlıq: "Koronavirusdan ölmə ehtimalları…"


“Bu virus təhlükəlidir və xüsusilə artıq çəkili gənc insanlara təsir göstərə bilər”.
Yeniavaz.com
“euronews”ə istinadla xəbər verir ki, bunu Fransa COVID-19 Elm Şurasının rəhbəri professor  Jan Françios Delfraizi açıqlayıb. O bildirib ki, artıq çəkili insanlar diqqətli olmalıdırlar:
“Artıq çəkili insanların çox olması səbəbilə ABŞ üçün nigaranıq. Bu səbəbdən prosesin ABŞ üçün çətin keçəcəyini təxmin edirəm. Artıq çəkili insanlar diqqətli olmalıdırlar”.
O həmçinin bildirib ki, 67 milyon əhalisi olan Fransada 17 milyon nəfər yaş, xroniki xəstəliklər və artıq çəkilər səbəbilə xüsusi risk qrupundadır və yoluxan zaman ölmə ehtimalları daha çoxdur.
Qeyd edək ki, Fransada koronavirusa yoluxma halı 112 min 950 nəfərə çatıb. İndiyə qədər COVID-19 səbəbilə 10 min 869 nəfər dünyasını dəyişib, 21 min 254 nfər isə bu virusa qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top