Bu ölkənin prezidentinin oğlu koronavirusa yoluxdu


Serbiya prezidentinin oğlu koronavirusa yoluxub.
Yeniavaz.com
“Cnnturk”ə istinadla xəbər verir ki, bunu, prezident Aleksandr Vuçiçin özü açıqlayıb:
“Övladım koronavirusa yoluxub. Xəstəliyə qalib gələcəyinə inanıram”.
Prezidentin oğlunun paytaxt Belqraddakı Yoluxucu Xəstəliklər Mərkəzində karantində saxlanıldığı bildirilib.
Qeyd edək ki, Serbiyada indiyə qədər 2 min 666 nəfər koronavirusa yoluxub, 65 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top