Belarus Avropa Birliyindən yardım istədi - Koronavirusa görə

 
Belarus koronavirusla mübarizə üçün Avropa Birliyindən yardım istəyib .
Yeniavaz.com "RİA - Novosti"yə  istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin Təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndisi Jozep Borrel məlumat yayıb. C.Borrelin sözlərinə görə, rəsmi Minsk səhiyyə sisteminə dəstək və mövcud vəziyyətin makroiqtisadiyyata təsiri azaltmaq üçün yardım istəyib: "Onlar maddi yardım da istəyiblər. Hal-hazırda bu tələbə necə cavab verəcəyimizi düşünürük. Xüsusilə səhiyyə sistemi və vətəndaş cəmiyyətinə dəstək üçün iqtisadi yardımı müzakirə edirik. Yardımın miqyası hələ tam bəlli deyil, amma təxminən 60 milyon avro dəyərində olacağı gözlənilir".
Hazırda Belarusda 1066 adam koronavirusa yoluxub, onlardan 13-ü vəfat edib, 77-i isə sağalıb. Xatırladaq ki, bundan əvvəl ölkə Prezidenti Belarusda koronavirusun mövcudluğunu təsdiqləmiş amma karantin rejiminin tətbiqinə ehtiyac olmadığını, hər şeyin nəzarətdə olduğunu bildirmişdi. 150 min vətəndaşının imzası ilə Ümumdünya Səhiyyə Təşkilatına Belarusda karantin vəziyyətin elan olunması tələbinin yer aldığı petisiya təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top