Azərbaycan nefti bu gün neçəyə satılıb? - SON RƏQƏMLƏR


Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün 0,49 dollar bahalanaraq 23,97 dollara yüksəlib.
Yeniavaz.com dövlət xəbər agentliyinə istinadən bildirir ki, aprel ayının 2-də “Azeri Light" markalı neft tarixi ərzində ən aşağı səviyyəyə düşərək 1 bareli 16,54 dollara satılıb. 
Qeyd edək ki, "Azeri Light" markalı  neftinin qiyməti sonuncu dəfə 19 il əvvəl - 2001-ci ilin dekabr ayında ən aşağı səviyyəyə düşüb. 2001-ci ilin dekabr ayında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 19,15 dollar olub. "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Onu da bildirək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri bu gün 0,1% bahalanaraq hazırda 1 barelə görə 31,9 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 1,2% bahalanaraq hazırda 1 barelə görə 23,9 dollar olub.
A.Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top