Koronavirus gömrükdən yığılan vergi və rüsumlara necə təsir edib? – RƏSMİ AÇIQLAMA


Ötən ay Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 327 milyon 717,1 min manat həcmində vergi və rüsumlar daxil olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu göstərici fevral ayı ilə müqayisədə 1 milyon 887,9 min manat və ya 0,6% azdır. 
Bu ilin mart ayında dövlət büdcəsinə daxil olan gömrük vergi və rüsumlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 5,9% və ya 20 milyon 674,6 min manat azalıb. 
2020-ci ilin mart ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 10,7% və ya 8 milyon 467,9 min manat artaraq 87 milyon 137.8 min manat olub. Bundan başqa bu ilin mart ayında  gömrükdən dövlət büdcəsinə ƏDV üzrə 225 milyon 236,8 min manat olub və ötən ilin eyni ayı ilə müqayisədə 3,2% artıb. Mart ayında aksizlər üzrə 11 milyon 852,1 min manat toplanıb və ötən ilin mart ayı ilə müqayisədə  75,4% azalıb. Yol vergisi üzrə daxilolmalar isə ötən ilin eyno dövrü ilə müqayisədə 2,8% artaraq 3 milyon 490.4 min manat olub. 
Məlumat üçün bildirək ki, koronavirus pandemiyası səbəbindən mart ayında gömrük keçid məntəqələrində məhdudiyyətlər tətbiq olunub.  
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top