"Məhdudiyyətlər sərtləşdirilə bilər" - Operativ Qərargah


“Elektron icazə verilməsi proseduruna yenidən baxıla, məhdudiyyətlər sərtləşdirilə bilər”.
 Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargaın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov  bildirib.
İ. Məmmədov deyib ki, Azərbaycanda vəziyyət digər dünya ölkələri ilə müqayisədə yaxşıdır: “Başqaları ilə müqayisədə bu yaxşı vəziyyəti saxlamaq dövlətin konstitusion borcudur. Dövlət qaydaları pozanları təcrid etmək üçün bütün addımları atacaq. Hökumət bu addımı atmaq istəmir”. 
 
İ. Məmmədov nəzərə çatdırıb ki, karantin rejimini uzatmaq sadə bir qərar deyil, iqtisadiyyat zərər çəkir, kiçilir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, karantin rejimini uzatmamaq üçün karantin rejimi qaydalarına əməl etmək tələb olunur.
(apa)

DİGƏR XƏBƏRLƏR

Top