Azərbaycanlılar bu ölkələrə vizasız gedə bilərlər - TAM SİYAHI


"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən növbəti pasport reytinqini dərc edib. 
Yeniavaz.com "Henley&Partners" şirkəti tərəfindən açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycan pasportu reytinq siyahısında də 77-ci yerdə qərarlaşıb.
Reytinq siyahısı vizasız ya da sərhəd qapısında viza alaraq ziyarət edə biləcəkləri ölkələrin sayına əsasən tərtib edilir.
Hesabatda qeyd olunur ki, Azərbaycan pasportu ilə vizasız ya da sərhəd qapısında viza almaq şərtilə 67 ölkəyə səfər etmək mümkündür.
Region ölkələri arasında bu sahədə ən yaşı vəziyyət Ukraynaya məxsusdur. Ukrayna pasportu ilə vizasız ya da sərhəd qapısında viza almaq şərtilə 129 ölkəyə səfər etmək mümkündür. Ən pis vəziyyət İranda qeydə alınıb. İran pasportu ilə vizasız ya da sərhəd qapısında viza almaq şərtilə 41 ölkəyə səfər etmək mümkündür.
Ölkələr Pasport reytinqində mövqeyi Vizasız gedə biləcəkləri ölkələrin sayı
Ukrayna 45 129
Moldova 49 120
Rusiya 51 118
Gürcüstan 53 116
Türkiyə 55 111
Qazaxıstan 68 76
Belarus 69 75
Azərbaycan 76 67
Qırğızıstan 81 63
Ermənistan 82 63
Tacikistan 85 58
Türkmənistan 90 53
İran 101 41
 
Azərbaycan vətəndaşlarının vizasız ya da sərhəd qapısında viza alaraq səfər edəcəyi ölkələr bunlardı:
- Niue
- Palau
- Samoa
- Seneqal
- Kabo-Verde
- Komor adaları
- Qvineya-Bisau
- Pakistan
- Nambiya
- Seyşel adaları
- Antiqua və Barbuda
- Barbados
- Dominikan
- Ekvador
- Somali
- Toqo
- Uqanda
- Zimbabve
- Tuvalu
- Vanutu
- Baham
- Yamayka
- Sent-Vinsent və Qrenadin
- Boliviya
- Haiti
- Suriya
-  Marşal adaları
- Malavi
- Kuk adaları
- Mikroneziya
- Madaqaskar
- Mavritaniya
- Mavriki 
- Mozambik
- Ruanda
- Kolumbiya
- Nikaraqua
- Laos
- Makao
- Malaziya
- Maldiv
- Nepal
- Şri-Lanka
- Şərqi Timor
- Qətər
- Qazaxıstan
- Qırğızıstan
- Tacikistan
- Özbəkistan
- Belarus
- Gürcüstan
- Ukrayna
- İran
- Moldova
- Rusiya
- Türkiyə
- Banqladeş 
- Kamboçya
- İndoneziya
- Albaniya
- Bosniya və Herseqovina
- Monteneqro 
- Şimali Makedoniya
- Serbiya
- İordaniya
- Livan

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top