Avtomobil ağaca çırpıldı: Sürücü öldü


Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 8-də, saat 2 radələrində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top