ABŞ-da koronavirus qorxulu həddə çatdı


Dünyada yayılmağa davam edən COVID-19 səbəbilə ABŞ-da ölənlərin sayı durmadan artır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, dünyanın 209 ölkəsində yayılan yeni növ koronavirus səbəbilə ABŞ-da rekord həddə ölüm halı qeydə alınıb. Verilən məlumatlara görə, son 24 saatda 1970 nəfər ABŞ-da məlum xəstəlik səbəbilə dünyasını dəyişib. "New York Times" qəzeti isə bu rəqəmlərin daha çox olduğunu vurğulayıb. Son rəqəmlərə görə, dünyada koronavirusa yoluxanların sayı 1,5 milyona yaxınlaşıb, ölənlərin sayı isə 82 mini ötüb 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top