Koronavirusla bağlı sevindirici xəbər: Uhanda karantin ləğv edildi - VİDEO


Koronavirusun ilk dəfə yayılmağa başladığı Çinin Hubey vilayətinin Uhan şəhərində karantin rejimi sona çatıb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, 23 yanvardan başlayaraq karantin rejiminin tətbiq edildiyi Uhanda qatar və təyyarə ilə səyahətlər yenidən başlayıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq şəhərdən kənara çıxa bilməyən vətəndaşlar, 3 ay sonra səyahət edə bilmək üçün hava limanlarına, qatar stansiyalarına axın ediblər. Karantin rejiminin bitdiyi ilk gün 200 təyyarə səfərinin olacağı bildirilir. 
Qeyd edək ki, dünyada yeni tip koronavirusdan ölənlərin sayı 80 mini, virusa yoluxanların sayı isə 1 milyon 400 mini ötüb. Koronavirusdan sağalanların sayı 300 mindən çoxdur.

 

 


DİGƏR XƏBƏRLƏR

Top