Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanıldı


Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, aprelin 6-da saat 20 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulub. Piyada xəstəxanaya yerləşdirilib.
Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış "İsuzu" markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılıb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top