Qarabağda əsgər yoldaşını öldürən erməni hərbçi həbs edildi


Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin əsgərinin naməlum şəraitdə ölməsi ilə bağlı müddətli hərbi qulluqçuya qarşı ittiham irəli sürülüb.
Məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, müddətli hərbu qulluqçu A.P.-yə qarşı döyüş növbətçiliyi zamanı qayadaları pozmaq, başqa bir cinayəti ört-basdır etmək məqsədilə qətl törətmək maddələri üzrə ittiham irəli sürülüb. Hərbi qulluqçu barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 3-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi, 2000-ci ildə anadan olan Qaregin Babakexyan naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində ölüb.(report)

DİGƏR XƏBƏRLƏR

Top