MİDA-nın “Güzəştli mənzil” sistemi üçün xərclədiyi vəsait 3 milyona yaxınlaşır


“Mənzil İnşaatı Dövlət Agentliyi” MMC (MİDA) tərəfindən “Güzəştli mənzil” sisteminin proqram təminatına texniki dəstəyin göstərilməsi və təkmilləşdirilməsinə dair 24/7 xidmətlərinin” satın alınması məqsədilə keçirdiyi tenderin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tenderin qalibi "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" olub. MİDA tenderin qalibi olan şirkətə 393 min 412 manat verəcək.
Məlumat üçün bildirək ki, MİDA bu ilin fevral ayının 13-də "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" ilə 917 min 96 manat dəyərində daha bir müqavilə imzalayıb. Həmin müqavilə də “Güzəştli mənzil”sisteminin funksionallığının artırılması ilə əlaqədar olub. Bundan başqa ötən ay MİDA "ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ." şirkəti ilə “Güzəştli mənzil” sisteminin SOC meyarları üzrə auditi, sistemin işə salınması və istismarının monitorinqi ilə əlaqədar xidmətlərin” satın alınması məqəsdilə müqavilə imzlayıb və bu məqsədlə 108 min 324 manat ödəyəcək.
Qeyd edək ki, “Güzəştli mənzil” sistemi ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən qurulub. 2017-ci il mayın 30-dan etibarən “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalında fəaliyyətə başlayıb. Həmin tarixdən etibarən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən həyata keçirilir.
Onu da bildirək ki, “Güzəştli mənzil” sistemi "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" tərəfindən qurulub. 2017-ci ildə proqram təminatının yazılması və sistemin işlək hala gətirilməsi üçün MİDA "R.İ.S.K. Elmi İstehsalat Şirkəti"nə 259,7 min manat ödəyib. Bundan başqa ötən il MİDA “Güzəştli mənzil” sistemilə bağlı daha 2 tender keçirib. Bu dəfə "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" ilə birgə "Smart IT" MMC də qalib elan olunub. MİDA iki şirkətlə ümumilikdə 1 milyon 29 min manat dəyərində müvafiq müqavilələr bağlayıb. "Smart IT" MMC ilə “Güzəştli Mənzi”l sisteminin verilənlər bazası üçün zəruri lisenziyaların satın alınması haqqında 617 min 470 manat dəyərində,  “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” ilə  “Güzəştli Mənzil” sisteminin informasiya təhlükəsizliyi üzrə həllinin, texniki dəstək xidmətinin və tələb olunan proqram təminatlarının satın alınması haqqında 411 min 126 manat dəyırində müqavilələr bağlanıb.
Xatıraldaq ki, MİDA tərəfindən istifadəyə verilən “Güzəştli mənzil” sistemində dəfələrlə problemlər yaranıb və insanların ciddi etirazlarına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top