Amerikalı həkim: "Normal həyata qayıtmaq üçün..."


Çindən bütün dünyaya yayılan koronavirus Amerikada sürətlə yayılmaqda davam edir.
Yeniavaz.com
xarici KİV istinadən xəbər verir ki, Amerikada virusa yoluxanların sayı 350 mini, ölənlərin sayı isə 10938 nəfəri ötüb.
Virusa ən çox yoluxma halı Nyu-York, Miçiqan və Lusiana şəhərlərində qeydə alınıb. 
ABŞ-da virusla mübarizədə cəmiyyəti məlumatlandıran Beynəlxalq Allergiya və Yolxucu Xəstəliklər İnsitutu direktoru Antoni Fauci açıqlamaları ilə hər kəsi təəccübləndirib. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Fauci, həyatın nə vaxt normala qayıdacağı ilə bağlı suala belə cavab verib: "Əgər normala dönmək deməklə koronavirusun heç vaxt yaşanmamış olmağını nəzərdə tutursunuzsa, yanılırsınız. Bir peyvəndlə bütün əhalini qorumayana qədər bu mümkün deyil. Normal həyata qayıtmaq üçün ilk öncə keçirdiyimiz bu çətin günləri geridə qoymalıyıq. Cəmiyyət olaraq keçmiş günlərə qayıtmaq üçün bir az zaman lazım olacaq". 
Qeyd edək ki, Fauci daha əvvəl açıqlamasında koronavirus mövsumi olaraq illərlə davam edə biləcəyini açıqlamışdı.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top