Ukraynanın qərb hissəsindəki Ternopol şəhərində Polşaya gedərək məcburi karantin müddətini evdə keçirtmək istəyən kişini arvadı evə buraxmadı.
Yeniavaz.com xəbər verir ki, Ukrayna Polis İdarəsindən verilən məlumata görə, Polşadan bir gün əvvəl Ukraynaya girən şəxs koronavirus səbəbilə xaricdən gələnlərə tətbiq olunan 14 günlük məcburi karantini evində keçirmək istədi. Ancaq evinə gedən kişiyi arvadı evə buraxmadı. Gecəni küçədə keçirən şəxs səhər baş verənləri polisə bildirdi. Daha sonra polis əməkdaşları bu şəxsi karantinə məruz qalan, lakin sığınacaq yeri olmayanların qaldığı sağlamlıq mərkəzinə göndərdi.
Qeyd edək ki, səhər saatlarından etibarən Ukraynada koronavirasa yoluxanların sayı artaraq 1319 olub. Rəsmi məlumatlara görə, mart ayının əvvəlindən koronavirusdan 38 nəfər dünyasını dəyişib, 23 nəfər sağalıb.