İrlandiya baş naziri koronavirusa görə əsl peşəsinə qayıdır: “Həftədə bir gün…"


2013-cü ildə siyasətə qoşulmazdan əvvəl həkim kimi fəaliyyət göstərən İrlandiyanın Baş naziri Leo Varadkar koronavirus səbəbilə həftədə bir gün "kreslo"nu tərk edərək həkimlik edəcəyini açıqlayıb.
Yeniavaz.com “cnnturk”ə istinadla xəbər verir ki, Varadkarın sözçüsü açıqlama verərək bildirib ki, Baş nazir mart ayında həkimlik üçün yenidən qeydiyyatdan keçib:
“Baş nazir koronavirusla mübarizədə öz xalqına və səhiyyə işçilərinə dəstək məqsədilə belə bir addım atıb”.
Qeyd edək ki, İrlandiyada ötən ay Səhiyyə naziri Simon Harris də öz işinə qayıtmışdı.

DİGƏR XƏBƏRLƏR

Top