Çində karantin şərtləri yüngülləşdirildi: "Onminlərlə insan…"


Çində karantin və səyahət şərtərinin yüngülləşdirilməsi ilə onminlərlə insan parklara axın edib.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, Çin hökuməti təhlükənin hələ tam olaraq keçmədiyini bildirsə də, bir çox insan turizm obyektlərinə üz tutub.
Dövlət nəzarətindəki “Global Times” agentliyinin xəbərinə görə, aprelin 4-də Anhoy əyalətindəki Xuanşan dağ parkı tibbi maskalar taxmış insanların axınına uğrayıb. Yerli vaxtla səhər 07:48-də parkın 20 min nəfərlik tutumu tamamilə dolub.
İnsanların toplu şəkildə sosial şəbəkələrdə fotolar yayımlamasından sonra Çin Kommunist Partiyası xəbərdarlıq edib.
Eyni hal Şanxayda və paytaxt Pekində də yaşanıb.

DİGƏR XƏBƏRLƏR

Top