Şəmkirdə ailə üzvlərini yandıran şəxs saxlanıldı - YENİLƏNİB


Şəmkirdə ailə üzvlərini yandıran şəxs saxlanılıb.

APA-nın məlumatına görə, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılıb.
Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

***09:10
Şəmkir rayonunda yerli sakin ailədaxili münaqişə zəminində evini və orada yaşayan ailə üzvlərini yandırıb.

Yeniavaz.com-un "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Vəli Əkbər oğlu Vəliyev özünə məxsus olan 5 otaqlı evə od vurub. Yanğın zamanı onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova, 32 yaşlı oğlu Əkbər Vəliyev, gəlini, 32 yaşlı Nərgiz Vəliyev, nəvələri 4 yaşlı Banu Vəliyev və 3 yaşlı Ömər Vəliyev evdə olub. 

Yalnız 3 yaşlı Ömər evdən çıxarılıb. Digər ailə üzvləri müxtəlif bədən xəsarətləri alıblar. 

Yaralılar təcili tibbi yardım maşını və yaxınlarının avtomobilləri ilə öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. 

Onlardan üçünün, oğlu, gəlini və nəvəsinin vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriliblər.

Ümumi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürlüb. 

Qeyd edək ki, hadisəni törədən şəxs qaçıb. Faktla bağlı araşdırma aparılır.

***04:30

Şəmkir rayonunda yerli sakin evinə od vurub, xəsarət alanlar var.

Yeniavaz.com-un "Report"a istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Seyfəli kəndində qeydə alınıb. İlkin məlumata görə, yerli sakin 5 otaqlı evə od vuraraq yandırıb. Hadisə zamanı, həyat yoldaşı, oğlu, gəlini və nəvəsi yanıq xəsarətləri alıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top