Evlənmək üçün Azərbaycana gələn Türkiyə vətəndaşı Ərdoğana müraciət etdi – VİDEO


Türkiyənin Ardahan vilayətindən evlənmək məqsədilə Azərbaycana gələn Türkay Türköz koronavirus səbəbilə sərhədlər bağlandığı üçün vətəninə qayıda bilməyib.
Yeniavaz.com
“cnnturk”ə istinadla xəbər verir ki, Ardahan vilayətinin Çıldır rayonunun Məryəm kəndində yaşayan Sadəgül və Zəki Türköz cütlüyünün yeganə oğlu T. Türköz, mart ayının 11-də evlənmək məqsədilə əmisinin oğlu Murat Türköz və onun azərbaycanlı həyat yoldaşı Aybəniz Türköz ilə Azərbaycanın Qazax rayonuna gəlib. T. Türköz Qazaxın Şıxlı kəndində Aybənizin rəfiqəsi Şahnisə Məmmədova ilə nişanlanıb və evlənib. Mart ayının 13-də onlar Türkiyəyə qayıtmaq üçün yola çıxıblar. Türkiyə ilə Gürcüstan arasındakı Aktaş sərhəd keçid məntəqəsinə gələn hər iki cütlük, koronavirus səbəbilə giriş-çıxış bağlandığı üçün yenidən Qazaxa qayıtmalı olublar. 
Övladlarının həyat yoldaşı və yaxınları ilə birgə Azərbaycanda qalmasından narahatlıq keçirən Türköz cütlüyü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib. Türkayın anası Sadəgül Türköz bildirib ki, evdə gözdən əlil həyat yoldaşından başqa heç kimi yoxdur: “Sevincimiz qapıların bağlanması ilə kədərə döndü. Prezidentimizdən bizə kömək etməsini istəyirəm. Oğlum bizim yeganə dayağımız idi. Övladımın vətnə qayıtması üçün vəzifəli şəxslərdən kömək istəyirəm”.
Valideyinləri ilə tez-tez telefon vasitəsi ilə danışdığını deyən T. Türköz də R. T. Ərdoğandan kömək istədiyini bildirib: “Aybənizin Azərbaycanda rəfiqəsi var idi. Telefon vasitəsilə tanış olduq və evlənməyə qərar verdik. Giriş-çıxış bağlandığı üçün həyat yoldaşımın kəndində qalmışıq. Prezidentimizdən bizə kömək etməsini istəyirəm. Çünkü kənddə valideyinlərim tək yaşayırlar. Atamın gözləri görmür. Evdə baxılası heyvanlar və əkilməli tarlalarımız var. İşlərimiz yarım qalıb”.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top