Günlər sonra ilk dəfə İspaniyada koronavirusla bağlı müsbət hal qeydə alındı


İspaniyada günlər sonra ilk dəfə ölənlərin sayı azalmağa başlayıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyanın Səhiyyə Nazirliyi yeni növ koronavirusdan ölüm halının azaldığını açıqlayıb:
"Cümə axşamı qeydə alınan rekord 950 ölüm hadisəsinin ardından ilk dəfədir ki, hər gün ölüm hadisələri azalmağa doğru gedir".
Qeyd edək ki, son 24 saatda İspaniyada 637 nəfər COVID-19 səbəbilə dünyasını dəyişib. Beləcə, ölənlərin sayı 13 min 55-ə yüksəlib. Ölkədə ümumi yoluxanların sayı isə 135 min 32 nəfərdir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top