Respublika Neyrocərrahlıq Xəstəxanası “Dezinfeksiya işləri” üçün “Bakı Şəhər Dezinfeksiya Stansiyasının Suraxanı Rayonlararası Bölməsi” MMC ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbr verir ki, “Dezinfeksiya işləri” üçün Neyrocərrahlıq Xəstəxanası MMC-yə 16 min 197 manat 62 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, açıqlanan məlumatda “Bakı Şəhər Dezinfeksiya Stansiyasının Suraxanı Rayonlararası Bölməsi” MMC Səhiyyə Nazirliyinin qurumu kimi göstərilib.
Qeyd edək ki, Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Fərmanı ilə TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyinə verilib. Respublika Neyrocərrahlıq Xəstəxanası isə Prezident İlham Əliyevin 20 dekabr 2018-ci il tarixli Fərmanı ilə TƏBİB-in tabeliyinə verilib.
A.Cəfərov