Ukrayna hökuməti: Çernobildə radiasiya səviyyəsi 16 dəfə artıb


Ukrayna hökuməti Çernobil yaxınlığında baş verən meşə yanğınlarına görə radiasiya səviyyəssinin 16 dəfə artdığını açıqlayıb.
Yenivaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı açıqlama verən Ukraynanın dövlət ekoloji təftiş xidmətinin rəhbəri İgor Firsov vəziyyəti belə təsvir edib: “Pis xəbərlərim var. Alovların mərkəzində radiasiya səviyyəsi normadan 16, 5 dəfə çoxdur”.
Bildirilib ki, 100 hektarlıq ərazi yanıb və yanğının söndürülməsi üçün əraziyə iki təyyarə, bir vertolyot və 100 yanğınsöndürən cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top