Çindən gələn testlərdə koronavirus tapılıb - İDDİA


Çindən bütün dünyaya yayılan koronavirus avropa ölkələrinə də çətin günlər yaşadır. 
Yeniavaz.com
xarici KİV istinadən xəbər verir ki, koronavirusun ən çox yayıldığı ölkələrdən olan İngiltərədə hökumət hər gün 100 minə yaxın insanın virusa qarşı test edilməsi tapşırığını verib.
Bu məqsədlə İngiltərə Çindən virusa yoluxmanı 15 dəqiqəyə müəyyən edən test sifariş verib.
Ancaq iddia olunur ki, Çindən gətirilən testlərin yoxlanılması zamanı müəyyən olunub ki, testlərdə koronavirus var.
Həmin testlərin ölkəyə gətirilməsi dayandırılıb.
Qeyd edək ki, İngiltərədə koronavirusa yoluxanların sayı 47806, ölənlərin sayı isə 4934 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top