Karantin müddətində ailələrdə münasibətlərin pozulmaması üçün PSİXOLOQ MƏSLƏHƏTİ


Dünyanı əsarəti altına alan koronavirus səbəbilə insanların gündəlik həyat tərzləri pozulub. Karantin rejimi tətbiq olunduqdan sonra hər kəs evdə qalır. Bu isə bəzi ailələrdə münasibətlərin pozulmasına, münaqişlərə səbəb olur. Statistikaya görə, koronavirus səbəbilə dünya üzrə boşanaların sayı artıb. Ailəxaili münaqişələrə yol verməmək üçün nə etmək lazımdır?
Psixoloq Xatirə Səfərova mövzu ilə bağlı Yeniavaz.com-un suallarını cavablandırıb. O bildirib ki, karantin rejimi elan olunduqdan sonra insanlar gündəlik həyat tərzlərindən uzaqlaşıblar:
"Günlük rejimində hər kəs işə gedirdi, bir-birini az görürdü. Müəyyən qayğı var idi. Hazırda bu, belə deyil. Birlikdə vaxt keçirməkdən çox, gələcəyə ümidsizlik, qayğılı olmaq cütlüklər arasında anlaşılmazlıqlara və mübahisələrin baş verməsinə gətirib çıxarır. İnsanların evdə qalar mütəmadi bir-birini görməsi onların münasibətlərində kəsişmə nöqtəsinə gətirib çıxara bilər. Karantin müddəti davam edərsə insanların bir-birlərinə münasibəti dəyişəcək. Nəticədə boşanmaların sayı artacaq”.
Psixoloq bildirir ki, insan sosial bioloji varlıqdır. Buna görə də insanlar sosiallıqdan uzaqlaşdıqca münasibətlər də zəifləyir. Bu halların qarşısını almaq üçün karantin dövrünü düzgün dəyərləndirmək lazımdır:
"Evdə birlikdə səmərəli vaxt keçirmək, oyunlar oynamaq, kitab oxumaq aqressiyanı azalda bilər və səmərəli vaxt keçirilə bilər".
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top