Koronavirusla mübarizənin Sinqapur üsulu


Dünyanı sürətli şəkildə cənginə alan koronavirus Çindən sonra ilk vurduğu ölkələrdən bir də Sinqapur idi. Sinqapur Çinin ən böyük ticarət ortaqlarından və qonşularından biridir.
Yeniavaz.com xəbər verir ki, xəstəliyin yayılma, yoluxma sürəti və ölkənin ərazisi (7315 km²) nəzərə alınsa, bu gün Sinqapur epidemiyadan ən çox əziyyət çəkən dövlətlərdən biri olmalı idi. Amma ölkədə bugünə kimi 178 korona virus xəstəsi qeydə alınıb. Xəstəlikdən həyatını itirən olmayıb. Sinqapur epidemiyaya qarşı mübarizə aparan ən nümunəvi ölkələrdən biridir.
Sinqapurda səlahiyyətli şəxslər tərəfindən rəsmən təsdiqlənən və bugünə qədər qeydə alınan 178 korona viruslu xəstədən 96-sının sağaldığı, 82-sinin isə hələ də müalicə aldığı bildirilir.
Bəs bu ölkə pandemiyanın mərkəzinə yaxın olan Çindən fərqli olaraq vətəndaşlarını necə qoruya bilir?
Çində yaşanan bütün hadisələrdən tez təsirlənən Sinqapur 2002-2003-ci il tarixlərində yaşanan SARS virusundan özü üçün yoluxucu xəstəliklə mübarizə modeli hazırlayıb. İlk koronavirus yoluxma halı qeydə alınan kimi həm rəsmi qurumlar, həm də elm adamları birgə fəaliyyətə başladılar.  Xəstəlikdən əziyyət çəkənlərin gündəlik həyatı tərzi araşdırılmağa başlandı. Virusun kimlərin üzərində daha çox təsir gücünə malik olduğu  araşdırıldı. Qısa zamada elm adamları koronavirusu təsbit edəcək testlər hazırladılar.
Sinqapurun giriş-çıxışı təmin edən bütün limanlar və  hava limanları bir anın içində təcili yardım mərkəzlərinə çevirildi. Ölkəyə daxil olan hər bir şəxs 3 saat ərzində karantinə alındı. Hər kəs bir nəfər kimi testlərdən keçirildi. Aparılan yoxlamalardan sonra yalnız test nəticələri neqativ çıxan insanlar ölkə ərazisinə daxil ola bildi. Geri qalanlar isə karatin altında qalmağa davam etdi.
İnsanları bir-birindən təcrid etməyə əsaslanan strategiya qəbul edən Sinqapurda qaydalara əməl etməyənlərin cəzası 10 min dollar və ya 6 ay həbs kimi təyin olundu.
Sinqapurda vətəndaşlarının harada olduğunu təyin etmək məqsədilə gün ərzində onlarla bir neçə dəfə telefon üzərindən əlaqə saxlamaq üçün bir sistem quruldu. Həmin sistemə əsasən, insanlar olduqları yeri naviqator vasitəsilə bildirməli və olduqları yeri sübut etməli idilər. Bundan əlavə, azad işçi qüvvəsinə gündəlik 100 dollar verilməklə evdə qalmaları təklif olundu, evdə tək qala bilməyənlər üçün isə ictimai obyektlərin qapıları açıldı.
Verilən əməyin qarşılığı olaraq Sinqapur kimi kiçik bir dövlətin mübarizəsinin nəticəsində insanlar epidemiyaya can verməkdən xilas oldu. Bundan savayı virusun aşkarlanması faktı epidemiyanın yarandığı ilk vaxtla nisbətdə sıfıra endirildi. Bütün ölkə ərazisində artıq virusa yoluxanlardan deyil, sağalanlardan danışılır.
Aygün Zayidova

DİGƏR XƏBƏRLƏR

Top