Rusiyada son 24 saatda COVID-19-a rekord sayda yoluxma halı qeydə alındı


Rusiyada yeni növ koronavirusa yoluxanların sayı artıb. 
Yeniavaz.com
"Ria.ru"ya istinadla xəbər verir ki, Rusiyada son 24 saatda yeni növ koronavirusa 954 nəfər yoluxub. Beləcə yeni növ koronavirusa yoluxanların sayı 6 min 343-ə çatıb. Yoluxmaların 591-nin Moskvada qeydə alındığı bildirilib. Son rəqəmlərə görə, Rusiyada yeni növ koronavirusdan ölənlərin sayı 47 nəfərdir. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top