Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü - FOTO


Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konsresinin rəhbəri Paşa Məmmədov feyzbuk profilində paylaşım edib: "Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım Koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindi! 
Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlar təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun canım qardaşım!

Allah rəhmət etsin! Özünüzü və yaxınlarınızı qoruyun!"

DİGƏR XƏBƏRLƏR

Top