Gənc oğlanın meyiti kanaldan tapıldı - Tovuzdakı dəhşətli qətlin TƏFƏRRÜATI


Tovuz rayonunda qətl hadisəsi baş verib.
Yeniavaz.com trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli yaşayış massivində qeydə alınıb.
Rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğlu Abulbəyli kənd sakini, 1984-cü il təvəllüdlü Sultanov Aftandil Mahir oğlunun həyətindəki mağazaya oğurluğa girib.
A.Sultanov mağazadakı kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib. A.Sultanov mağazanın giriş qapısında E.Mehdiyevlə rastlaşıb və onlar arasında əlbəyaxa dava olub.
Dava zamanı A.Sultanov əlindəki bıçaqla E.Mehdiyevin ürəyindən bir-neçə bıçaq zərbəsi vurub. E.Mehdiyev oradan uzaqlaşa bilib. O, rayonun Ə.Cavad küçəsi istiqamətində qaçıb.
Səhər saatlarında E.Mehdiyevin meyiti Ə.Cavad küçəsindəki kanaldan tapılıb.
A.Sultanov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top