Azərbaycanda koronavirusla bağlı son göstəricilər açıqlanıb.
TƏBİB-dən Yeniavaz.com-a verilən məlumata görə, bu gün 3080 koronavirus testi aparılıb, 2 nəfər isə pandemiyadan dünyasını dəyişib.
Ölkədə ümumilikdə 44 min 753 test aparılıb. Reanimasiyada olan xəstə sayı 5, intubasiya olunmuş xəstələrin sayı isə 3-dür.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə 584 nəfər koronavirusa yoluxub, aktiv xəstələrin sayı 545 nəfərdir. 7 nəfər dünyasını dəyişib, 32 nəfər sağalıb.