“RFİ”: Fransa həbsxanalarından 6266 məhkum buraxılıb

Fransa koronavirus təhdidinə görə, 6266 məhkumu vaxtından qabaq azad edib.

Bununla bağlı məlumat “RFİ” radiostansiyasında yayılıb.

Yerli mətbuatın xəbərinə görə, 2020-ci ilin aprelin 1-nə qədər olan rəsmi statistikaya əsasən, Franasada 72 575 şəxs qapalı təcrdixanalarda saxlanılıb.

Hələ bu ilin mart ayının 20-də ölkənin ədliyyə naziri Nikol Bellube xroniki xəstəlik daşıyan dustaqların azad olunması üzərində iş getdiyini açıqlamışdı. Onların buraxılması “Fövqaladə sanitar vəziyyət haqqında” qanuna əsaslandırılıb. 2020-ci ilin mart ayının 3-də Ədliyyə nazirliyinin Məhkəmə qərarlarının icrası idarəsi 48 məhkumda koronavirus aşkarlandığını bildirib. 925 şəxs dərhal təcrid vəziyyətinə salınıb, onlardan 300-ü iki həftəlik karantin dövrünü bitirib. Həbsxanada çalışan dövlət məmurları arasında da 114 yoluxma  halı müəyyən edilib. 931 əməkdaş dərhal ev şəraitində özünütəcridə göndərilib.

Ölkənin hüquq müdafiə təşkilatları isə azad edilməyinə 6 ay qalan məhkumların dərhal azad edilməsi gərəkdiyini bildirirlər. Hazırda Ədliyyə nazirliyi bu qaydanı yalnız 2 ay və ya daha az müddət qalan məhkumlara tətbiq edir.

Fransa Müdafiə nazirliyi isə 600 hərbçinin koronavirusun yeni tipinə yoluxduğunu xəbər edib. Müdafiə naziri Florans Parli Silahlı qüvvələrin bir mülki əməkdaşının virusun yaratdığı xəstəlikdən dünyasını dəyişdiyini söyləyib. Fransa ordusunun Afrikanın Sahel bölgəsində “Barhan” əməliyyatında iştirak edən birliklərində xidmət göstərən 4 əsgərin də infeksiyaya məruz qaldığı gələn xəbərlə arasındadır.//musavat

DİGƏR XƏBƏRLƏR

Top