"Market, aptek, tibb işçiləri koronavirus testindən keçirilməlidir"- HƏKİM


"Təəssüf ki, koronavirusa yoluxma halları artır".

Yeniavaz.com Medicina.az-a istinadən xəbər verir ki, bunu hazırda karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bildirib.
"Gizli yoluxma və yoluxdurma hallarının daha tez aşkar edilməsi üçün bütün əhalinin evdən çıxmadan COVİD-19 testindən keçirilməsi. Buna çox maddiyyat tələb olunsa da yoluxandan sonra onların müalicəsinə sərf olunacaq maddiyyatdan daha az olacaq.
Bütün marketlərdə, apteklərdə və digər tibb müəssisələrində işləyən insanların COVİD-19 testindən keçirilməsi. Təəssüf ki, tez-tez marketlərdə, apteklərdə bu məsələyə ciddi yanaşmayan işçilərlə rastlaşırıq.
Təkliflərin əsas səbəbi yoluxmuş insanlaın özləri də hiss etmədən, bilmədən digər insanları yoluxdurmasıdır".

DİGƏR XƏBƏRLƏR

Top