Güzəştli ipoteka kreditləri üçün əlavə 90 milyon manat ayrılacaq


Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi artırılacaq.

Yeniavaz.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. 

Sənədə əsasən, Maliyyə Nazirliyi aprel ayında güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin artırılması üçüq 90 milyon manat ayırlmasını təmin etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top