Maşını oğurlanan MSK üzvünün adı məlum oldu - FOTO


Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.İbrahimov avtomobillə birgə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 2-də saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş.Əliyevin idarə etdiyi “Chrysler” markalı avtomobilin qaçırılması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılıb.
modern.az-ın əldə etdiyi məlumata görə, avtomobili oğurlanan şəxs Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Şaitdin Əliyevdir. O, MSK-ya məxsus “Chrysler” markalı, 10-AS-301 dövlət nömrə nişanlı avtomobili idarə edir.
Qeyd edək ki, Ş.Əliyev ikinci çağırış Milli Məclisin deputatı olub.

 

DİGƏR XƏBƏRLƏR

Top