Çində restoran sahibləri it-pişik əti qadağasından narazıdır


Çinin bəzi əyalətlərində it və pişik ətlərinin qadağan edilməsindən sonra bəzi restoran sahibləri şikayət etməyə başlayıblar.
Yeniavaz.com "Milliyət" qəzetinə istinadla xəbər verir ki, Çində bir çox restoran sahibi it ətinin qadağan edilməsi ilə müştərilərinin 30-40 faizini itirdiklərini bildiriblər. Bu cür restoranlardan biri tərəfindən verilən bəzi açıqlamalar isə insanlar arasında birmənalı qarşılanmayıb. Adının açıqlanmasını istəməyən restoran direktoru əksər müştərilərinin sırf it əti yemək üçün gəldiyini vurğulayıb:
"İtləri doğulduğu vaxtlardan bəsləməyə başlayırıq. Bir çox müştərilərimiz var ki, xüsusilə küçük əti yemək üçün bura gəlir. İndi it ətinin satışına qadağa gəlib. Biz bu səbəblə müştərilərimizi itirəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top