Banklar əhalini necə “soyur”? – İnanılmaz RƏQƏMLƏR


Bu ilin mart ayının əvvəlinə olan məlumata görə, banklar tərəfindən verilən kreditlərin orta illik faiz dərəcəsi milli valyuta üzrə 13,9%, xarici valyuta üzrə isə 5,8% olub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, kredit faizləri əmanət fazilərindən dəfələrlə yüksəkdir.
Bu ayın əvvəlinə olan məlumata görə, banklar əmanətləri əhalidən milli valyutada 6%-lə, xarici valyutada isə 1,5%-lə qəbul ediblər.
Rəqəmlərdən də göründüyü kimi kredit faziləri əmanət fazilərini milli valyutada 2,3 dəfə, xarici valyutada isə 3,8 dəfə üstələyir.
Onu da qeyd edək ki, xarici valyutada verilən kreditlər və cəlb olunan əmanətlər üzrə faiz dərəcələri arasındakı fərq regionlarda daha böyükdür. Məsələn, Naxçıvan Muxtar Respublikasında xarici valyutada verilən kreditlərin faiz dərəcəsi xarici valyutada cəlb olunan əmanətlərin fazi dərəcəsindən 86,5 dəfə çoxdur.
Aşağıdakı cədvəllərdə iqtisadi rayonlar üzrə xarici valyutada olan kredit və əmanət faziləri, həmçinin onlar arasındakı fərq qeyd olunub: 
Xarici valyutada kredit və əmanətlər üzrə
orta faiz dərəcələri
(01.03.2020 tarixinə olan məlumat)
İqtisadi
rayonlar
Kredit
faizləri
Əmanət
faizləri
 
Fərq
Bakı səhəri  5,7 % 1,5 % 3,8 dəfə
Abşeron  9,4 % 1,5 % 6,3 dəfə
Aran 13,3 % 1,4 % 9,5 dəfə
Dağlıq Şirvan 19,7 % 1,3 % 15,2 dəfə
Gəncə-Qazax  9,6 % 1,5 % 6,4 dəfə
Quba-Xaçmaz  9,5 % 1,6 % 5,9 dəfə
Lənkəran 14,3 % 1,5 % 9,5 dəfə
Şəki-Zaqatala  7,7 % 1,1 % 7 dəfə
Yuxarı Qarabağ  15,2 % 1,6 % 9,5 dəfə
Kəlbəcər-Laçın  - - -
Naxçıvan 17,3 % 0,2 % 86,5 dəfə
Ölkə üzrə 5,8 % 1,5 % 3,9 dəfə
 
Məlumat üçün bildirək ki, mart ayının əvvəlinə olan məlumata görə banklar tərəfindən xarici valyutada 5 milyard 450 milyon 826 min manat dəyərində kredit verilib, 4 milyard 571 milyon 675 min manat dəyərində əmanət cəlb olunub.
Müqayisə üçün ölkənin ən böyük iqtisadi rayonlarından biri olan Aran iqtisadi rayonunda kredit və əmanət faziləri nəticəsində bankların əhalidən aldıqları və onlara verdikləri vəsaiti təqdim edirik. Açıqlanan məlumata görə Aran iqtisadi rayonunda (Mingəçevir, Şirvan və Yevlax şəhərlərini, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab rayonları) banklar tərəfindən əhaliyə xarici valyutada 29 milyon 250 min manat dəyərində kredit verilib və eyni zamanda əhalidən xarici valyutada 17 milyon 175 min manat dəyərində əmanət cəlb olunub. Aran iqtisadi rayonunda xarici valyutada verilən kreditlərin faiz dərəcəsi 13,3% olduğu üçün banklar əhaliyə verdiyi vəsaitdən əlavə onlardan 3 milyon 890 min manat alacaq. Xarici valyutada cəlb olunan əmanətlərin faiz dərəcəsi 1,4% olduğu üçün banklar əhalidən cəlb etdikləri əmanətlərdən əlavə onlara cəmi 240 min manat verəcəklər.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top